Gündəm

Azərbaycanda İLK: Elektron Məhkəmənin mobil versiyası yaradıldı
 
 
 
 

 
 
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.

MUMTV.az xəbər verir ki, "Mobil Elektron Məhkəmə" yeni proqram təminatı Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda hakimiyyətin hər üç qolu üzrə sistemli islahatlar aparılır:

 

"Mobil Elektron Məhkəmə" proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək. Beləliklə, proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdıracaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq. Azərbaycanda qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda dünyada Azərbaycanın "Mobil Elektron Məhkəmə" tətbiqindən istifadə etmək olar".

Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov qeyd edib ki, dünyada və Avropada mobil elektron məhkəmə tətbiqlərinə az rast gəlinir:

"Bunun səbəbi bu növ proqram təminatlarının hazırlanması üçün xüsusi yanaşmanın və eyni zamanda, böyük intellektual resursların tələb olunmasıdır. Azərbaycanda fəaliyyət göstərən milli mütəxəssislərimiz, o cümlədən hakim və məhkəmə aparatı işçiləri bu missiyanı layiqincə yerinə yetirə bilər".

R.Qurbanov vurğulayıb ki, yaxın zamanda daha bir yenilik olacaq:

"Bu gün məhkəmə statistikası haqqında geniş məlumat verilmir. Rəqəmlə açıqlanan statistikanın da faydası yoxdur. Çünki vətəndaşlara anlaşıqlı olmur. Yaxın zamanda statistikanı intellektual cədvəllər formasında təqdim edəcəyik. Hazırda hansı məhkəmənin, hakimin məhsuldar işləməsi barədə məlumatımiz olmur. Amma belə statistikayla hamıya məlum olacaq".

Ali Məhkəmənin İnformasiya və Texnologiyalar şöbəsinin rəisi Mehman İbrahimov da mobil tətbiqin əhəmiyyətindən danışıb:

"Bu gün sevindirici haldır ki, mobil elektron məhkəmə tətbiqi istifadəyə verilib. Vətəndaş və sahibkar harda olduğundan asılı olmayaraq istədiyi vaxt elektron məhkəmə sisteminə qoşulub sənədlərinə, işinə baxa bilər.

Təqdimatda Dünya Bankı ilə birlikdə hazırlanan "Mobil Elektron məhkəmə"nin üstünlükləri barədə geniş məlumat verilib. Bildirilib ki, mobil tətbiq vasitəsilə məhkəmə işinin sənədləri ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, "Mobil Elektron Məhkəmə" vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermek, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. mümkündür./APA 


Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər