Gündəm
Gündəm
Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı - FOTO
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova hökm oxunub.
Kanal14.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüqar Mahmudovun barəsində 2 il cəza təyin edilib.
O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün cəzası başa çatmış hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdə həmçinin qeyd edilir ki, Vüqar Mahmudova məxsus əmlaklar müsadirə olunub./Teleqraf.com