Gündəm

"Mətbuatımızda çox ciddi monopoliya var" — "Dövlətdən vəsait alan KİV-lərin əksəriyyətinin arxasında müəyyən qüvvələr dayanır"
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyətini sərt tənqid edib. 


Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, bütün sahələrdə və qurumlarda olduğu kimi media sahəsində də ciddi islahatlar aparılmalıdır:


"Ümumiyyətlə, yaranan qurumlar effektiv işləməlidirlər, özlərini doğrultmalıdırlar. Cənab Prezident tərəfindən aparılan islahatların da son məqsədi məhz inkişafa nail olmaqdır. Bu baxımdan Azərbaycan mediasında da ciddi islahatlara ehtiyac var. Mən bunu bir neçə dəfə söyləmişəm. Bu islahatları aparmaq lazımdır ki, mətbuat nüfuz qazansın və özünü saxlaya bilsin. Necə ki, iqtisadi, hüquq və digər sahələrdə uğurlu islahatlara start verilibsə, hesab edirəm ki, media sahəsində də böyük islahatlar olmalıdır".


V.Əhmədov deyib ki, hazırda KİVDF-nin fəaliyyətindən ciddi narazılıqlar mövcuddur:


"Bu narazılıqlar zaman-zaman Azərbaycanın bir sıra tanınmış və peşəkar jurnalistləri tərəfindən də dilə gətirilir. KİVDF və digər bu kimi media təşkilatlarının fəaliyyətinə dərindən baxmaq lazımdır ki, bu qurumlar özünü doğrulda bilib, yoxsa bilməyib. Bunu media sahəsində çalışan insanlar çox gözəl bilirlər. Mənim bildiyim məlumata görə, KİVDF-nin fəaliyyəti ilə bağlı jurnalistlər çox ciddi problemlərlə üzləşiblər. Bu sahədə müəyyən problemlər yaranıb. KİVDF-nin ədalətsiz fəaliyyətindən narazı qalan jurnalistlərimiz var. Bu problemi ümumi konteksdə həll etmək lazımdır. Yəni, Azərbaycanda aparılan dərin islahatlar konteksində KİVDF-nin də fəaliyyətinə də baxmaq lazımdır".


Deputat qeyd edib ki, hazırda Azərbaycan mətbuatında çox ciddi monopoliya mövcuddur:


"Mən sizə açıq deyim ki, mətbuatımızda çox ciddi monopoliya var. Mən islahatlar deyəndə əsasən də bu problemin aradan qaldırılmasını nəzərdə tuturam. Yəni, bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır. Dövlətdən vəsait alan qəzet və saytların əksəriyyətinin arxasında müəyyən qüvvələr dayanır və onlar maliyələşdirir. Üstəlik də dövlət tərəfindən onlara yardımlar edilir. Halbuki, həmin KİV-lər bazarın ixtiyarına buraxılmalı idi ki, özü özünü doğrultsun. Əgər imkanı, peşəkarlığı olacaqsa, o yaşayacaq. Peşəkarlığı olmayacaqsa, o zaman gedib başqa işlə məşğul olacaq. Bütün dünyada media bu cür fəaliyyət göstərir. Yəni, KİV-ləri öz peşəkarlıqlarına görə bazar özü tənzimləməlidir. Dövlət hər dəfə bu qəzetlərə milyonlar xərcləyir, onları saxlayır. Axı bu uzun müddət belə davam edə bilməz!".

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər