Gündəm

ADR Hərəkatı Bakı meriyasını məhkəməyə verir
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı piketi təxirə salıb və Bakı şəhəri İcra Hakimiyyətini məhkəməyə verir.


"ADR Hərəkatı Bakı şəhər İcra Hakimiyyətinin noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında uşaq pulunun bərpa olunması, pensiya yaşının aşağı salınması, təqaüd və müavinətlərin artırılması tələbləri ilə piket keçirilməsinə icazə verməməsini sərbəst toplaşmaq azadlığına müdaxilə sayır və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar çıxarılması məqsədilə məhkəməyə müraciət edir, bununla əlaqədar olaraq planlaşdırdığı piketi təxirə salır,” hərəkatın məlumatında deyilir.


Bakı şəhəri İcra Hakimiyyətinin ADR Hərəkatına cavabında qeyd edilir ki, ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaqdır.


"Bu bəhanə ilə piket faktiki olaraq qadağan edilib. ADR Hərəkatı hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz və kobud müdaxilədir. Belə ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbinə görə yalnız fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə "Fövqəladə vəziyyət haqqında” və "Hərbi vəziyyət haqqında” qanunlara uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. Beləliklə də, Bakı şəhər İcra Hakimiyyəti qanunvericilikdə təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol verib, Konstitusiyanın sərbəst toplaşmaq azadlığını təsbit edən 49-cu maddəsini pozub,” ADR Hərəkatı bildirir.


Xatırladaq ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra Bakı meriyası müxalifət partiyalarına mitinq keçirmək üçün razılıq verməyib.


Meriya müxalif siyasi partiyaların sonuncu müraciətlərinə Bakının mərkəzindən 20 kilometr uzaqda yerləşən Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirməyi məsləhət bilib. Meriyanın bu təklifi qəbul edilməyib.


Bununla yanaşı, Milli Şura oktyabrın 19-da 28 May metro stansiyasının qarşısındakı meydanda razılaşdırılmamış mitinq, Müsavat Partiyası isə noyabrın 12-də Bakı meriyasının binası qarşısında razılaşdırlmamış piket keçirməyə cəhd edib. Hər iki cəhdin qarşısı polis tərəfindən alınıb, onlarla insan saxlanılıb.(Turan)


Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər