Gündəm

Tofiq Yaqubluya həbsxanada təzyiq edilir? - RƏSMİ AÇIQLAMA
 
 
 
 
 

 
 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hazırda inzibati həbsdə olan Tofiq Yaqublunın qızı Nigar Həzi özünün facebook səhifəsində paylaşdığı məlumatda bildirib ki, atası ilə danışıb və əhvalı yaxşıdır. Bununla belə, N.Həzi iddia edib ki, atasının saxlanıldığı DİN-in müvəqqəti saxlama yerində bir polis zabiti T.Yaqubludan tələb edib ki, Milli Şuradan istefa versin, siyasi fəaliyyətdən əl çəksin. Əks təqdirdə, ona işgəncə verəcəklər. 

"Yeni Müsavat”ın əməkdaşı Nigar Həzinin bu iddiaları ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidova müraciət edib. E.Zahidov müxbirimizin sualına cavabında bildirib: "Xidməti vəzifələrini yerinə yetirərək ictimai asayişi və insanların təhlükəsizliyini təmin edən polis əməkdaşlarının qanuni tələblərinə və xəbərdarlıqlarına qəsdən tabe olmayan, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil edən və bu cür hərəkətlərdə iştirak edən hər bir şəxs qanun qarşısında bərabərdir və siyasi mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunur. Tofiq Yaqublu da məhz qeyd etdiyim əməllərə görə məhkəmə tərəfindən inzibati qaydada həbs olunub. Həbs yerində saxlanılan digər şəxslərlə onun arasında heç bir fərq qoyulmur, ayrı-seçkilik də salına bilməz. Ümumi qaydalar rəhbər tutulur, ümumi rejim təmin edilir. Adı və soyadı göstərilməyən bir polis zabitinin guya T.Yaqubluya Milli Şuradan istefa verməsi, siyasi fəaliyyətdən əl çəkməsi məqsədilə hədə-qorxu gəlməsi birmənalı olaraq absurd iddiadır və böhtandan başqa bir şey deyil. Əlbəttə, inzibati həbs olunan istənilən şəxslə profilaktiki, o cümlədən izahedici söhbətlər aparıla və hüquqazidd əməllərin yolverilməzliyi barədə xəbərdar edilə bilər. Bu, qanunun yol verdiyi, tələb etdiyi bir hüquqi prosedurdur və şəxsin fəaliyyətinə və ya mənsub olduğu siyasi partiyaya heç bir aidiyyəti yoxdur.”

Xatırladaq ki, Tofiq Yaqublu Milli Şuranın oktyabrın 19-da Bakı şəhərində təşkil etdiyi icazəsiz aksiya zamanı polislər tərəfindən saxlanılıb. Ona 1 ay inzibati həbs verilib.


Son xəbərlər

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İLGİNC

Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı

Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi - DETALLAR

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Avstraliyada ticarət mərkəzinə hücum: Ölənlər və yaralananlar var

Xarkovun Hərbi administrasiya rəhbərinin müavini: Vilayət işğaldan azad edilib

Bazar günü Bakıda 21 dərəcə isti olacaq

Kursantlara 100 manat təqaüd, ailə üzvlərinə 200 manat maddi yardım

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etmədi

Xalq yazıçısı Çingiz Abdullayevin son durumu açıqlanıb

Mübariz Mənsimov və oğlu məhkəməyə verildi

Bütün xəbərlər