Gündəm

Oqtay Şirəliyevin 3-cü dəfə istefa ərizəsi yazıb - Nazirin gedişi TƏSDİQLƏNİR
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Ölkə başçısının start verdiyi struktur və kadr islahatlarının yeni dalğası ilə bağlı ayrı-ayrı rəhbər şəxslər tərəfindən anonslar verilməkdədir.

 

Budəfəki müzakirələr Səhiyyə Nazirliyi və nazir Oqtay Şirəliyevi əhatə edir. Nazirlikdəki mənbədən verilən məlumata görə, Oqtay Şirəliyev artıq istefa ərizəsini yazıb. Mənbə bildirir ki, bu, səhiyyə nazirinin sayca üçüncü istefa ərizəsidir. İddialara görə, onun bundan əvvəl müxtəlif vaxtlarda yazdığı iki ərizəsi qəbul edilməyib.


Bu dəfə isə situasiyanın fərqli olduğu bildirilir. Belə ki, Oqtay Şirəliyev istefa ərizəsini yazaraq, 3 həftəlik məzuniyyətə çıxıb. Onun məzuniyyətdən qayıtdıqdan sonra isə nazir kimi fəaliyyət göstərməcəyi bildirilir.


Saytımıza verilən digər məlumatlarda struktur islahatları çərçivəsində optimallaşdırma aparılacağı, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyilə birləşdiriləcəyi gözlənilir.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev səhiyyə sahəsində gözlənilən islahatlarla bağlı Modern.az-ın suallarını cavablandırıb.


Musa Quliyev ölkə Prezidentinin başlatdığı islahatların hərtəfəli olduğunu bildirərək, onların gələcəyə hədəfləndiyini vurğulayıb:


"Bu islahatların tərkibində sosial islahatlar xüsusi yer tutur. Bunun da əsaslarından biri səhiyyə islahatlarıdır. Mən deyərdim ki, cənab Prezidentin sosial paketində ən əhəmiyyətli yeri tutanlardan biri icbari tibbi sığortanın  tətbiqilə bağlıdır, hansı ki, gələn ildən ölkə üzrə fəaliyyətə başlayacaq.

Uzun illər səhiyyədə islahatlar getdi, maddi-texniki baza möhkəmləndi, kadr islahatları aparıldı, Tibb Universitetində rezedentura pilləsi yaradıldı. Səhiyyənin maliyyələşdirilməsində icbari tibbi sığortaya keçid üçün cənab Prezidentin sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı. Yevlax, Mingəçevir, Ağdaş və Sədərəkdə onun pilot layihə olaraq tətbiqinə başlandı. Ölkə başçısının digər fərmanı ilə TƏBİB publik hüquqi şəxsi yaradıldı. Milli Məclisdə "Tibbi sığorta haqqında” qanuna 100-dən çox əlavə və dəyişikliklər edildi. Artıq icbari tibbi sığortanın tətbiqinə növbəti ildən başlanacaq. Ən böyük islahat budur”.


M.Quliyev optimallaşdırma siyasəti çərçivəsində Səhiyyə Nazirliyinin digər qurumlarla birləşdirilməsini istisna etməyib:


"Mən Səhiyyə Nazirliyinin Agentliklə birləşdirilməsini uyğun saymıram. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Səlahiyyət sahibi dövlət başçısıdır. Amma mənim düşüncəmə görə, Səhiyyə Nazirliyi səhiyyənin siyasətini həyata keçirməlidir. Agentlik isə bu işin praktik maliyyələşmə tərəfinə cavabdeh olmalıdır. Dünya təcrübəsində iki qurumun birləşdirilməsi təcrübəsi olsa da, əksəriyyət tərəfindən məqbul hesab olunmur.

 

Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud İqtisadiyyat Nazirliyinə birləşdirilməsi təcrübələri var. Amma bu gün nazirliyin bu qurumlara birləşdirilməsi nə dərəcədə realdır, onu deyə bilmərəm. Amma Səhiyyə Nazirliyilə Agentlik ayrı-ayrılıqda fəaliyyət göstərsələr, daha effektiv nəticələr əldə edə bilərik. Onlar həm də bir-birilərinə nəzarət edən orqana çevirlə bilərərlər. Çünki sifariş verən orqanla icraedici orqan bir yerdə olmamalıdır. Əks təqdirdə müəyyən problemlər meydana çıxa bilər. Təbii ki, son sözü cənab Prezident deyəcək”. (Modern.az)


Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər