Gündəm

“Mən sizə açıq deyirəm, məmurlar öz bizneslərini dövlət pulları hesabına qurub...”
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Nə qədər ki, "məmur-oliqarx-biznes” anlayışı mövcuddur, Azərbaycanda inhisarçılığı aradan qaldırmaq mümkün olmayacaq. 

 

Bu fikirlə Milli Məclisin deputatı Vahid Əhmədov İctimai televiziyaya müsahibəsində çıxış edib.

 

"Əgər sən məmursansa icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına yaşamalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə o zaman istefa ver və get biznesə”,-deputat əlavə edib.

 

Vahid Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir. "Təxminən 10 il əvvəl biz bu məcəlləni plenar iclasın müzakirəsinə təqdim etdik və iki oxunuşda onu qəbul elədik. Lakin üçüncü oxunuşa təqdim etmək mümkün olmadı, imkan vermədilər. Milli Məclisin hər sessiyasında mən bu məsələni qaldırıram və Rəqabət Məcəlləsini qəbul etməyə çağırıram. Məmurlar və oliqarxlar isə, hansı ki, onlar bu gün inhisarçılıqla məşğuldur, bu məcəlləni qəbul etməyə imkan vermirlər. Amma prezident bu məsələni Strateji Yol Xəritəsinə daxil edib və yəqin gələn il biz onu qəbul edə biləcəyik”,-deputat deyib.

 

Vahid Əhmədov habelə məmurlar üçün gəlir bəyannaməsinə toxunub. Deyib ki, bu haqda parlament qanun qəbul edib. Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir.

 

"Çünki bu bəyannamə ortaya çıxsa məmurdan soruşarlar-sən öz biznesin üçün bu qədər pulu haradan almısan? Mən sizə açıq deyirəm-məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar. Ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır”,-deputat vurğulayıb.

 

Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda inhisarçılığın mövcud olmadığını deyənlər haqlı deyil. "Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir. Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazalardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə o zaman qiymətlər xeyli aşağı düşər”,-deputat bildirib.(Virtualaz.org)


Son xəbərlər

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Bütün xəbərlər