Gündəm

“Gedib-gəlib mənim yaşıma ilişirlər, ayıb deyil?!” – Qocaman deputatlardan ETİRAZ
 
 
 
 
 
 
 
 
 
Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.

Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.

"…daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – İlham Əliyev vurğulayıb.

Əli Həsənovun və Hacıbala Abutalıbovun ardınca AMEA-nın 85 yaşlı prezidenti Akif Əlizadə də vəzifədən ayırlması ilə bağlı istefa ərizəsi yazıb.

Ardınca 81 yaşlı akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan azad edilib.

Yaşlı məmurlarla bağlı məsələ neçə gündür sosial şəbəkələrdə əsas müzakirə mövzusudur. Bu müzakirələrdə bəziləri yaşlılara qarşı az qala savaş açıb…

Hətta iş o yerə çatıb ki, seçkili orqan olan Milli Məclisdə yaşlı deputatların növbəti dəfə parlamentdə təmsil olunmamaq məsələsi də gündəm olub.

Ancaq ümumi kütlənin ardınca getməyənlər də az deyil. Bəziləri düşünür ki, bu cür çağırışlar işləmək imkanı olan yaşlı deputatlara qarşı kobud səhvdir. Digər tərəfdən, deputat məmur deyil və o, seçkili orqanda təmsil olunur.

"Minval.info” Modern.az-a istinadla xəbər verir ki, yaşlı deputatların məsələyə mövqeyi öyrənilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 72 yaşlı sədri Hadı Rəcəbli bildirib ki, deputat olan yaşlı insanlara bu formada yanaşma doğru deyil:

"Cənab prezidentin də elan etdiyi kimi, yaş məsələsi icra strukturlarına daha çox aiddir. Olur ki, fiziki imkanları məhdud olan insanlar işləyə bilmirlər. Təbii ki, yaşı keçmiş və işləmək imkanı olmayan adamlar işdən çıxmaqla bağlı özləri qərar qəbul etməlidir. Bu, mütləq şəkildə olmalıdır. Cənab prezidentimiz də bununla bağlı mesaj göndərib. Ancaq o demək deyil ki, bu, deputatlara da aid olsun.

Məsələn, parlamentdə Ziyad Səmədzadə, Arif Rəhimzadə və digərləri var ki, işləməyi bacaran insanlardır. Bu insanların işləmək üçün fiziki və əqli gücləri yerindədir. Sözüm odur ki, deputatlara yaşlarına görə bu formada yanaşma doğru deyil. Bütün cəmiyyətlərdə ağsaqqallar həmişə olub. Din xadimləri belə, həmişə yaşlı insanlar olub. Qərarları həmişə yaşlı insanlar verib. Mən də gənc olmuşam və bu gün gənclərin tərəfdarıyam. Cavanlıq məktəbini keçməyən sabah ağsaqqal ola bilməz.

Bunlara da xüsusi yer ayrılmalıdır. Belə bir təcrübə var ki, dünyada deputatların 1,7%-i 30 yaşına qədərdir. Dünya statistikasında parlamentin orta yaşı 57-dir. Rusiya parlamentində orta yaş 49-dur. Rusiya dumasında 82 yaşında da deputatlar var. Hesab edirəm ki, bunu yanlış anlamamalıyıq. Cənab prezidentin də dediklərində böyük həqiqət var. Gənclərin təmsil olunmasına şərait yaradılmalıdır. Yaşlı insanlar ömür boyu vəzifədə oturmayacaq ki!”.

Milli Məclisin 82 yaşlı deputatı Ağacan Abıyev bildirib ki, yaşlı insanları ələ salmaq olmaz:

"Mənimlə elm və idman haqqında danışmaq lazımdır. Axı mənim yaşımın çox olmasından kimə nə var?! Mən idmançı adamam. İş qabiliyyətim də var. 70 ildir ki, elm və idmanın içindəyəm. Parlamentdə nə qədər işləmək gücündə olan deputatlar var. Məgər onlar pis işləyir?! Ona görə də bu cür insanları ələ salmaq olmaz. Gedib-gəlib mənim yaşıma ilişirlər. Ayıb deyil?! Hər kəs qocalıq yaşına çatacaq”.

Milli Məclisin 72 yaşlı deputatı Madər Musayevin sözlərinə görə, bütün yaşlı kadrları hədəf götürmək doğru deyil:

"Elə insanlar var ki, onların işləmək gücü var. Əgər bir insan işləmək gücündədirsə, onun yaşını qabartmağa ehtiyac yoxdur. Bir insan özündə işləməyək qabiliyyətini hiss edirsə, işləyir. Və ya kimsə işləmək gücündə deyilsə, niyə işləsin ki?! Digər məsələ bir insanın özbaşına işə qəbul olunmaması ilə bağlıdır. O, işə götürüldüyü kimi işdən də çıxarıla da bilər. Bu cür məsələlər rəhbərliyin məsləhətindən asılıdır. Yaşlı deputatlara gəlincə, gələn il seçkilər olacaq. Bu il 69 yaşı olanın gələn il 70 yaşı olacaq. Bəlkə kimsə deputat olmaq istəməyəcək?!”.

Son xəbərlər

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bakıda məşhur ticarət mərkəzi niyə boşaldılıb? (Açıqlama)

Xankəndiyə ilk köç bu əraziyə olacaq (VİDEO)

Həkim əllərin titrəməsinin səbəblərindən danışdı

Sabahdan Azərbaycanda tətil başa çatır

İqtisadiyyat Nazirliyində Xamis Seyranov kabusu – Kadr biznesi, “parnik” alveri və… – Mikayıl Cabbarova ŞOK Faktlar

Heydər Əsədovun kürəkəni qəza törətdi – HƏBS EDİLDİ

Bütün xəbərlər