Gündəm
Gündəm
Dünyanın ən bahalı viskisi rekord qiymətə satıldı - MARAQLI
Şotlandiyada istehsal olunan 60 illik "Macallan" viskisi 1.9 milyon dollara alıcı tapıb.
MUMTV.az xəbər verir ki, Macallan viski zavodunda istehsal olunan 60 illik viskinin 450 ilə 570 min dollar arasında bir dəyərlə alıcı tapması gözlənilirdi.
Orta əsr ədəbiyyatında Kral Arturun hekayələrində "müqəddəs çanaq" olaraq adlandırılan və 1926-cı ildə istehsal edilən viskini alan şəxsin kimliyi açıqlanmayıb./Moderator.az