Gündəm

“Mikayıl Cabbarov kölgə iqtisadiyyatını aradan qaldırıb, oliqarxları biznesdən uzaqlaşdıracaq” — Vahid Əhmədov
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 

"Yeni kadrların müəyyən səhvləri ola bilər, ancaq zaman keçdikcə bunlar aradan qalxacaq və püxtələşəcəklər. Çünki yeni təyin olunan kadrlarda müəyyən qədər aşkarlıq, şəfafflıq, təmizlik var, onlarda korrupsiya meylləri yoxdu”.


MUMTV.az xəbər verir ki, bu fikri "Ölkə.Az”a açıqlamasında  millət vəkili Vahid Əhmədov deyib.


Millət vəkili bildirib ki, bu təyinatlar içərisində məni ən çox sevindirən Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin olunması olub: 


"Mikayıl Cabbarov doğrudan da qiymətli kadrdır. Mikayıl Cabbarov istər təhsil naziri, istərsə də vergilər naziri olarkən bu, nazirliklərdə çox ciddi islahatlar həyata keçirib. Onun  təklifləri əsasında hələ iki bundan qabaq ölkədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində çox ciddi islahatın həyata keçirilməsinə şahidlik etdik”.


Deputat hesab edir ki, Vergilər nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ləğv edilərək İqtisadiyyat nazirliyininin tabeçiliyinə verilməsi  bu nazirliyin  daha da gücləndirilməsinə xidmət edir.


"İnanıram ki,  bu sahəyə rəhbərlik edəcək Mikayıl Cabbarov burada da ciddi islahatlar həyata keçirəcək. Cənab Prezidentin ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişafı, kölgə iqtisadiyyatının aradan qaldırılması, oliqarxların biznesdən uzaqlaşdırılması, iqtisadiyyatda azad rəqabətin  yaranması və bu kimi halların aradan qaldırılması istiqamətində ciddi işlər görəcək”,- deyə deputat V.Əhmədov bildirib.


V.Əhmədov əlavə edib ki, biz yaxın gələcəkdə deyəcəklərimizin şahidi olacağıq.


"Ona görə ki, Mikayıl Cabbarov  kifayət qədər savadlı ixtisasçıdır və bu sahəni bilən adamdır. Ona görə də Cənab Prezidentin qarşıya qoyduğu bütün vəzifələrin bacardığı qədər öhdəsindən gələcək. Düzdür, onun nəzərdə tutulan planlarını reallaşdırmağı üçün bəzi qanunlar və qərarlar qəbul olunmalıdır. Yəqin ki, bunlar da olacaq. Ona fəaliyyətində uğurlar arzulayıram”, - deyə millət vəkili bildirib.


Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər