Gündəm

Afaq Bəşirqızı: Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün, “kreslo”nu məşğul etməsin
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Xalq artisti Afaq Bəşirqızı bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransını boykot edərək zalı tərk edib.

MUMTV.az xəbər verir ki, Xalq artisti konfransda özünü görmədiyini bildirib:

"Prezident İlham Əliyev dünən çıxışında 70-dən yaşı olan çox olan məmurlara Hacıbala Abutalıbovdan nümunə götürməyi məsləhət gördü. Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının nəyə xidmət etdiyi belə bilinmir. Hamı Xalq artisti deyil. Hamının xalası, bibisi yoxdur. Hamının əli qırmızı telefona çatmır. Ona görə aktyorların sosial vəziyyəti həddindən artıq pis idi. Allah can sağlığı versin, Cənab Prezident onların aylıq əməkhaqlarını artırdı.

Ondan sonra da iki dəfə əməkhaqqı artıb. Lakin əməkhaqqı ilə həmin sosial problemləri həll etmək mümkün deyil. Teatr Xadimləri İttifaqı bu insanların qayğısına qalmalıdır. "Kreslo”nu məşğul etməməlidir. Bu ittifaq aktyorların ev problemindən tutmuş, bütün sosial problemini həll etməlidir.

Mən Prezidentə müraciət etmişəm. Sözlərimin heç birində yalan yoxdur. Mən prezidentimin reaksiyasını gözləyirəm.

Teatr Xadimləri İttifaqının sədri Prezidenti görəndə dirəyin arxasında gizlənməməlidir. İttifaqın sədri ona yaxınlaşıb dərdini, işçisinin problemini deməlidir”.

Azərpaşa Nemət isə jurnalistlərə açıqlamasında Xalq artistinin onun haqqında dediyi fikirlərin önəmli olmadığını, səsləndirdiyi ittihamlara fikir vermədiyini qeyd edib./Oxu.Az


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər