Gündəm

İş adamı baş redaktorun həbsini istəyir
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

İş adamı Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədovla bağlı Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

"MUMTV.az”ın məlumatına görə, Məlahət Qurbanova iddiasında göstərib ki, Anar Məmmədov Criminal.az saytında şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan, guya "Lombard Məlahət” kimi tanınması haqqında  böhtan xarakterli məlumat yerləşdirib. 

O, bildirib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil.

"Anar Məmmədov həmin yazısında "Məlahət" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. "Lombard Məlahət" sözünün mənə aid olmaması barədə təkzib verməsinə, atdığı böhtana, imicimə vurduğu ziyana və şərəf-ləyaqətimi təhqir etdiyinə görə ona xəbərdarlıq məktubu da göndərmişəm. Lakin Anar Məmmədov məndən üzr istəməyib və yazdığı "Lombard Məlahət" sözünün mənim fəaliyyətimə aid olmadığını da təkzib edən yazı verməyib. Ona görə də, xahiş edirəm ki, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız”, - deyə M.Qurbanova iddiasında qeyd edib. 

İddia ilə bağlı bu gün Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Cavabdeh Anar Məmmədov iddia ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakim hazırlıq iclasını oktyabrın 23-ü saat 12.00-a təyin edib. 

A.Məmmədov bildirib ki, Criminal.az saytında Məlahət.Qurbanova ilə keçmiş nazir Fizuli Ələkbərovla aralarında olan məhkəmə haqda yazı dərc olunub. Yazıda Məlahət Qurbanovanın da mövqeyi yer alıb. 

Baş redaktorun sözlərinə görə, M.Qurbanova iddiasında heç bir lombard fəaliyyəti ilə məşğul olmadığını bildirsə də, "Lombard N:1”in saytında həmin təşkilatın rəhbəri kimi Məlahət xanımın adı göstərilib. "Digər tərəfdən "Lombard Məlahət” sözündə heç bir təhqirdən söhbət gedə bilməz, bu formada təqdimat onun sırf fəaliyyəti ilə bağlıdır. 

Məlahət Qurbanovanın iddiası tam absurddur. Əksinə, Məlahət Qurbanova iddiası ilə mənə qarşı böhtana yol verib. Eyni zamanda, Məlahət xanımın bu addımı mənim əsassız məhkəməyə çəkilməyimə və susdurulmağıma hesablanıb. Bunun özü qanunsuzluqdur. Əsassız məhkəməyə vermə də əlavə məsuliyyət yaradır. Vəkilllərimlə məsləhətləşdikdən sonra iddiasında mənə qarşı yol verdiyi böhtana görə məhkəmə davası açacam”, - deyə baş redaktor əlavə edib./Yeni Sabah


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər