Gündəm
Gündəm
Həbib növbəti rəqibinin adını açıqladı
Yüngül çəki dərəcəsində UFC üzrə son çempion rusiyalı Həbib Nurməhəmmədovun növbəti rəqibi müəyyənləşib.
"MUMTV.az” xəbər verir ki, idmançının özü bu barədə açıqlama verib. O, rəqibinin amerikalı Toni Ferqyuson olacağını deyib:
"Çox güman ki, rəqibim Toni Ferqyuson olacaq. Çünki başqa rəqib yoxdur. O, buna layiqdir. Biz döyüşməliyik".
Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı amerikalı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə məğlub olub./Yeni Sabah