Gündəm
Gündəm
Qazax rayonunda top mərmisi aşkar olunub – FOTO
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən MUMTV.az-a verilən məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.
Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb./APA