Gündəm

Elina ilə Instagram-da tanış olan Ramindən məhkəmədə ŞOK SÖZLƏR
 
 
 
 
 
 
 
 
 
 
Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.

MUMTV.az APA-ya istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva dindirilib. O bildirib ki, hadisə olan vaxt məktəbdə olmayıb: 

"Zəng gəldi ki, Elina yıxılıb. Tez məktəbə qayıtdım. Elinanı direktorun otağında uzatmışdılar. İlkin yardım göstərdim. Baxdım ki, qolunda bir-iki sıyrıq var. Lakin başqa yerində açıq yara yox idi. Təzyiqi aşağı idi. Dedim ki, təcili yardım çağırılmalıdır. Həmin vaxtı otaqda direktor və müavinləri vardı. Lakin bir səs çıxmadı. Yenidən təzyiqini yoxlayanda müşahidə elədim ki, təzyiq getdikcə düşür və bədəni soyuyur. Yenidən təcili yardımın gəlməsinin vacibliyini bildirdim. Bu vaxtı Sevinc xanım üstümə hirsləndi, dedi ki, sən işini gördün, otaqdan çıx”.

Suallara cavab verən tibb bacısı qeyd edib ki, direktor ona təcili yardım çağırmasına imkan verməyib: "Dəfələrlə desəm də, məni otaqdan qovdular. Dedilər ki, lazım olanda biz çağıracağıq".

Ləman Nuriyeva deyib ki, əvvəllərdə Elinanı yoxlayıb: "Bir dəfə boynunu kəsmişdi. Sinif rəhbəri və müəllimlər yanıma gətirmişdilər. Elina dedi ki, cızılıb. Lakin orada qeyd elədim ki, bu kəsikdir".

Daha sonra prosesdə şahid qismində Ramin Rəhimov ifadə verib. Şahid qeyd edib ki, Elina ilə instagramda tanış olub: "Danışırdıq, bir necə dəfə görüşüb, onu evinə qədər ötürmüşəm. Elina mənə deyirdi ki, məktəbdə geyiminə, saçına görə sataşırlar. Özü deyirdi ki, bununla bağlı şikayət etsə də, heç kim bir tədbir görmür. Elinada başqa neqativ hal görməmişəm. Boynunu kəsəndə soruşdum, bir şey demədi".

Şahid istintaqdakı ifadəsi elan olunub. Məlum olub ki, şahid istintaqda Elina Hacıyevanın boynunu kəsməkdən həzz aldığını deyib. Lakin R.Rəhimov belə bir şey demədiyini qeyd edib.

Hakim elan edib ki, iş üzrə 47 şahiddən 43-ü dindirilib. Digər şahidlər məhkəməyə çağırılsa da gəlməyiblər.

Proses oktyabrın 2-nə qədər fasilə elan edib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər