Gündəm

“Zaminbank”ın filial müdiri mənimsəmədə suçlanır- daha əvvəl nazirlikdə çalışıb
 
 
 
 
 
 
 
 
 
"Zaminbank”ın filial müdiri və onun işçiləri hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslər çalışdıqları bankın külli miqdarda pulunu mənimsəməkdə ittiham edilirlər.

MUMTV.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank”ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarında yazılır ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank”ın "Sumqayıt” filialının müdiri olub. İki ali təhsili olan İlyasov ailəlidir.

O, "Zaminbank”dan əvvəl Maliyyə Nazirliyində çalışdığını deyib.

Təqsirləndirilən şəxslərdən Anar Osmanovun orta təhsilli olduğu, bankın xəzinə şöbəsinin müdiri vəzifəsində çalışdığı məlum olub.

Ali təhsilli, ailəli və üç övladı olan təqsirləndirilən Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı olub.

Təqsirləndirilənlərdən Zərifə Abıyeva da bankın əməkdaşı olub.

İş üzrə zərərçəkmiş tərəf- "Zaminbank”ın nümayəndəsi də məhkəmə iclasında iştirak edib.

Onların hər biri ev dustaqlığındadır.

Məhkəmədə hakim Anar Osmanova xəbərdarlıq edib. Çünki o ötən məhkəmə iclasına gəlməyib. Səbəb kimi isə avtomobil qəzasına düşdüyünü deyib. Məhkəmə bunu bəhanə kimi qiymətləndirib.

Hakim Anar Osmanova xəbərdarlıq edib ki, belə hal təkrar edilərsə, onun barəsindəki qətimkan tədbiri dəyişdirilə və həbs edilə bilər.

Anar Osmanov üzrxahlıq edərək bir daha gecikməyəcəyini deyib.

Məhkəmənin baxış iclası oktyabrın 3-nə tətin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər./Musavat.com


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər