Gündəm

Əbülfəz Məlikovun Çexiyadakı şirkətlərinin SİYAHISI (FOTOLAR)
 
 
 
 

 
 
 
 

Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə "TransBroker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun əmlak siyahısını yayıb. 


MUMTV.az xəbər verir ki, Cavanşir Həsənli Əbülfəz Məlikovun Çexiyada şirkətlərinin olduğunu iddia edib. 


Jurnalist qeyd edir: "Gömrük Komitəsinin "qara kassası" kimi uzun illər sahibkarların boğazına çökmüş monopoliya əfsanəsi "broker Əbülfəz"in təqdimatına ehtiyac yoxdur, o bütün zamanların gömrük bosslarının ən çox etimad göstərdiyi biri kimi gömrük bazarının 'kom"u olub.


Biznesi geniş coğrafiyanı və geniş sahələri əhatə edir. O da "qara gün" üçün Avropaya sığınanlardandır, biznesinin bir qismini ora, o cümlədən Çexiyaya yönəldib.
Çexiya, ümumiyyətlə, bizə çox doğmalaşıb. Çexlər utanmasaydılar Azərbaycanın Avropadakı novxanısı, bilgəhi, nabranı, nə bilim nəyi deyərdik. Çexiya bir dəbdir, prestijdir, milyardlarımızı cəzb edən bir gözəlçədir.


Orda biznesi olmayana bizim oliqarxlar və çevrələrindəkilər birtəhər baxırlar, kimlərin yoxdur ki, Əbülfəzin də olmasın..? Belə Çexiyada da var, hələ üstəlik o yanda da. Uzaqbaşı Səfər Mehdiyev zarafatyana bir bəyanat verəcək. Çexiyada binalar, villalalar tikdirən Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənova "gözün üstdə qaşın var" deyən oldu ki? Nə isə keçək mətləbə, yəni Əbülfəz Məlikovun Çexiyadakı şirkətinə.


GES Company spol sro 2010-cu il dekabrın 10-da C 173599 saylı lisenziya ilə Praqa bələdiyyə məhkəməsində qeydiyyata alınıb. 2015-ci ildən Praqanın Voskovcova 1075/55, Hlubočepy ünvanında yerləşir.


Bizim məmurlar və çevrəsindəkilər üçün ənənəvi biznes sahəsi ilə məşğuldur. Yəni mülklərin və mənzillərin kirayəsi, satışı...


Yeri gəlmişkən, daşınmaz əmlak biznesi Avropada ən az rentabelli biznes sahəsi hesab olunur. Daha çox, "ölü kapital" sahəsi kimi qəbul edilir.


Sənədlərə görə GES Company spol sro.-nun təsisçiləri 1965-ci il təvəllüdlü Əbülfəz Məlikov (40 %), 1974-cü il təvəllüdlü Səbinə Nağıyeva (40%), 1969-cu il təvəllüdlü Elşən Cəbrayılov (10%), 1978-ci il təvəllüdlü Gülnar Cəbrayılovadır(10%).


Bu, Əbülfəz Məlikovun Avropadakı yeganə şirkəti deyil".

 

Son xəbərlər

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İLGİNC

Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı

Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi - DETALLAR

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Avstraliyada ticarət mərkəzinə hücum: Ölənlər və yaralananlar var

Xarkovun Hərbi administrasiya rəhbərinin müavini: Vilayət işğaldan azad edilib

Bazar günü Bakıda 21 dərəcə isti olacaq

Kursantlara 100 manat təqaüd, ailə üzvlərinə 200 manat maddi yardım

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etmədi

Xalq yazıçısı Çingiz Abdullayevin son durumu açıqlanıb

Mübariz Mənsimov və oğlu məhkəməyə verildi

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə olunub

Bütün xəbərlər