Dünya
Paşinyan məşhur müğənnini sürgün etmək istəyir
Erməni müğənni Şuşan Petrosyanı sürgün etmək istəyirlər.
Mumtv.az bildirir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan öz "Facebook" səhifəsində paylaşım edib. O, Şuşan Petrosyanın polis tərəfindən nəzarətə götürülməsinə etiraz edib.
Melikyan bunun birbaşa Baş nazir Nikol Paşinyanın əmri olduğunu iddia edib.
Hüquq müdafiəçisi müğənnini heç kimin əvvəlcədən bölməyə çağırmadığını, ona sualları olduğunu demədiyini və bunun tamamilə illeqal olduğunu vurğulayıb.
Melikyan Petrosyanın İrəvanın mərkəzi polis idarəsinə aparılacağını diqqətə çatdırıb.
Xatırladaq ki, 14 dekabrda 56 yaşlı Elena Petrasyan polisə müraciət edərək Şuşan Petrosyan tərəfindən döyüldüyünü iddia etmişdi. Deyilənə görə, mübahisə zamanı müğənni Elenaya bir neçə dəfə zərbə endirib.
(Yenisabah.az)