mumtv.az
mumtv.az

Fransada bu gecə bir qadağa bitir, yenisi başlayır

Fransada bu gecə bir qadağa bitir, yenisi başlayır
16-12-2020, 12:14 66 dəfə baxılıb

Fransada bu gecə bir qadağa bitir, yenisi başlayır
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Bu gecədən etibarən Fransada komendant saatı tətbiq ediləcək.

Mumtv.az bildirir ki, koronavirusa qarşı mübarizə çərçivəsində 30 oktyabrda başlayan küçəyə çıxma qadağası bu gecə bitdikdən sonra komendant saatı başlayacaq.

Vətəndaşların saat 20:00 və 06:00 arasında küçəyə çıxmasına icazə verilmir.

Məhdudiyyətlər çərçivəsində teatr, kinoteatr, restoran və barlar qapalı qalmağa davam edərkən, vətəndaşlar komendant saatlarında icazə ilə çölə çıxa biləcəklər. İş və sağlamlıq problemləri olan, əlillərə kömək edən və ev heyvanlarını gəzdirənlər qadağadan azad ediləcək.

Qadağaya tabe olmayanlar isə 135 avro cərimə ediləcək.

(Qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA