mumtv.az
mumtv.az

Merkeldən Almaniya üçün vacib xəbər

Merkeldən Almaniya üçün vacib xəbər
16-12-2020, 10:25 65 dəfə baxılıb

Merkeldən Almaniya üçün vacib xəbər



 
 
 
 
 
 
 




Almaniya kansleri Angela Merkel 2021-ci ilin payızına qədər Almaniyanın normal həyata qayıdacağını gözlədiyini deyib.

Bu barədə "RİA Novosti” yazıb.

Merkel tələbələrlə virtual görüşdə qeyd edib ki, "Peyvəndlə uğur qazansaq, payız semestrinə qədər daha normal həyata qayıda biləcəyimizə böyük ümid bəsləyirik, ancaq qış nisbətən çətin keçəcək”.

2021-ci il payız semestrinin 1 oktyabrda başlaması planlaşdırılır.

Bundan əvvəl Almaniya Federativ Respublikasının Səhiyyə Nazirliyinin rəhbəri ölkədə yayın sonuna qədər vətəndaşların 60%-nin koronavirus əleyhinə peyvənd ediləcəyi barədə proqnoz vermişdi. Epidemioloqlar koronavirusun əhali arasında nəzarətsiz yayılmasının dayandırılması üçün 60-70 faiz həddini vacib hesab edirlər.

Robert Kox İnstitutunun məlumatlarına əsasən Almaniyada koronavirus infeksiyasına bir gündə yoluxma sayı 14 432 olub. Gün ərzində daha 500 nəfər ölüb.
(sfera.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA