Dünya
Dünya
Türkiyədə zəlzələ olub
Türkiyənin şərqində 4,7 bal gücündə zəlzələ baş verib. Mumtv.az bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 00:58-də qeydə alınıb. Zəlzələnin episentri Van şəhərindən 46 kilometr şimalda, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
(Qafqazinfo.az)