Türkiyədə dünən baş verən yanğın hələ də söndürülməyib - Fotolar
Türkiyənin Rizə şəhərində güclü yanğın baş verir. Mumtv.az bildirir ki, şəhərin İkizdərə adlanan bölgəsində bir evdə başlayan yanğın sürətlə yayılıb.
Bildirilib ki, yanğın ötən gün olsa da, hələ də davam edir. Artıq alovlar 5 ev və meşə sahəsinə keçib.
"Yanğına müdaxilə edirik, ancaq külək təsiri ilə böyüməyə davam edir. Ətrafdakı evlərə sıçraması bizi çox narahat edir, qruplarımız yanğını söndürmək üçün əllərindən gələni edirlər”,- deyə bələdiyyə üzvü Cafer Kaymakçı bildirib.
("Qafqazinfo” )