Dünya

“Sən tualetə girib qapını bağlayırsan…” – Paşinyan xalqa müraciətində nələr dedi?
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edib. 

Mumtv.az bildirir ki, Baş nazir müraciətində Qarabağ savaşındakı uğursuzluğa görə keçmiş hakimiyyətləri ittiham edib.

"Qarabağ savaşındakı uğursuzluqların məsuliyyətini üzərimə götürdükdən sonra tənbəl olmayan hər kəs 20-30 il ərzində buraxılan səhvlərdə də məni günahlandırmağa çalışır. İş o yerə çatıb ki, Dağlıq Qarabağı tərəf olaraq danışıqlar prosesindən çıxaran və münaqişəni Ermənistan-Azərbaycan müstəvisinə daşıyan şəxs bizi Qarabağ probleminin ərazi mübahisəsinə çevirməkdə ittiham edir. 

Qarabağ problemi 20 il əvvəl, Ermənistan Dağlıq Qarabağın əvəzinə danışıqlara başlayanda ərazi mübahisəsinə çevrilmişdi. Bizi ittiham edirlər ki, beynəlxalq aləm Azərbaycanın aqressiyasını torpaqlarını işğaldan azad etmək kimi qəbul edib. Bu ittihamı o şəxs irəli sürür ki, ölkəyə rəhbərlik edəndə erməni xalqını inandırmağa çalışırdı ki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq səviyyədə rəsmiləşdirilməsi təhlükəli deyil. Sən təyyarədə tualetə girib qapını bağlayırsan, sənədlərə "işğal olunmuş” sözü yazılır. Ona görə də "işğal olunmuş” ifadəsində qorxulu heç nə yoxdur. ”, - deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, o 2000-ci illərdə hər kəsə məlum olan həqiqətlər barədə danışır. "Nəzərinizə çatdırıram ki, Qarabağ münaqişəsinin ərazi mübahisəsi kimi qəbul edilməsi 2020-ci ildə baş verməyib. Bu qənaət 25 il müddətində formalaşıb və tədricən işğalçı kimi qəbul edilən Ermənistan üçün ciddi problemə çevrilib. Bu son 2 ildə baş verməyib, əksinə, son 2 ildə bu qarmaqarışıq çevrədən çıxmağa cəhd göstərilib”, - deyə o əlavə edib.

Paşinyan daha sonra Qarabağ münaqişəsi ilə bağlı müharibəyə qədər aparılan danışıqları, qəbul edilən sənədləri erməni diplomatiyasının uğursuzluğu kimi qiymətləndirib. 

"Son 25 ildə Azərbaycanın ərazilərinin işğal edildiyi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı müxtəlif beynəlxalq sənədlərin imzalanması diplomatik uğurdurmu? 2013-cü ildə Azərbaycanın hərbi eskalasiyaya başlaması və buna görə heç kimin onu qınamaması diplomatik uğur idimi? Niyə belə oldu? Çünki təyyarənin tualetinə girib qapını bağlayırsan, sənədlərə "işğal olunmuş” sözü yazılır. Çoxları inanmayacaq, amma bu 2000-ci illərdə danışıqlar aparan şəxsin dedikləridir”, - deyə o vurğulayıb.

 

(Yenisabah.az)

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər