Dünya
Dünya
ABŞ hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozub
ABŞ hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozub.
Mumtv.az bildirir ki, Sakit okean donanmasının "Admiral Vinoqradov” sualtı hərbi gəmisi Böyük Pyotr körfəzində ABŞ hərbi dəniz qüvvələrinin "Con Makkeyn” esminetsinin Rusiyanın dövlət sərhədini pozduğunu qeydə alıb.
Bildirilib ki, artıq bir neçə gündür Yapon dənizi akvatoriyasında olan "Con Makkeyn” hərbi gəmisi bu gün Moskva vaxtı ilə 06:17-də dəniz sərhəd xəttindən 2 km kənara çıxaraq Rusiyanın ərazi sularına daxil olub. "Admiral Vinoqradov” gəmisi beynəlxalq kanallarla ABŞ hərbi gəmisinə xəbərdarlıq etdikdən sonra amerikalılar Rusiyanın ərazi sularını tərk edib.
(Apa.az)