Dünya

Hulusi Akar ikitərəfli münasibətlərə kölgə salan məqamları açıqlayıb
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"ABŞ-ın yeni administrasiyasındakı həmkarlarımızla yaxından əməkdaşlıq etməyi düşünürük”. 

Mumtv.az bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

Nazir bildirib ki, üzdə olan bəzi problemlərin Türkiyə-ABŞ münasibətlərinə kölgə saldığı məlumdur.

"Məsələn, S-400 almağımız böyük bir problemə gətirib çıxarıb. Bu məsələdə niyyətimizin ancaq 83 milyon vətəndaşımıza və ölkəmizin havadan müdafiəsini təmin etmək olduğunu bildirmək istəyirəm. Bu mərhələyə açıq və şəffaf satınalma prosesindən sonra gəldik. Başqa nə etməyimizi gözləyirdilər? Əlavə olaraq F-35 texnologiyası təhlükəsizliyi ilə bağlı məsələ ABŞ üçün olduğu qədər Türkiyə üçün də eyni əhəmiyyətə malikdir. Bilirik ki, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığı var, ancaq biz bu narahatlıqları aradan qaldırmaqda maraqlıyıq. Nə olursa olsun, 70 illik iki müttəfiq arasındakı problemləri müzakirə edərkən təhdid dilindən və sanksiya ilə hədələməkdən çəkinmək lazımdır. Türkiyə NATO-nun işinə və əməliyyatlarına hərbi birliklərlə dəstək göstərən ilk beş, eyni zamanda iqtisadi dəstək göstərən ilk səkkiz ölkədən biridir. 30 ölkənin üzvü olduğu ittifaqda fərqli fikir və münasibətlərin olması olduqca normaldır. NATO-nun gücü ittifaqın xeyrinə olan fikir ayrılıqlarının aradan qaldırılmasındadır. Türkiyə isə ittifaqın bütün dəyərlərini və məsuliyyətini paylaşaraq, əməliyyatlarda və təlimlərdə öhdəsinə düşən vəzifələri icra edərək NATO-nun mərkəzində yer almaqdadır”, - deyə nazir vurğulayıb.

(APA)


Son xəbərlər

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Bütün xəbərlər