mumtv.az
mumtv.az

Maya Sandunun Moldovada prezident seçkilərinin qalibi olduğu rəsmiləşib

Maya Sandunun Moldovada prezident seçkilərinin qalibi olduğu rəsmiləşib
20-11-2020, 17:23 49 dəfə baxılıb

Maya Sandunun Moldovada prezident seçkilərinin qalibi olduğu rəsmiləşib
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 15-də keçirilmiş prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb.

 

Mumtv.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, yekun nəticələrə əsasən "Fəaliyyət və Həmrəylik" partiyasının rəhbəri Maya Sandu qalib gəlib.

Nəticə MSK-nın videokonfrans formatında baş tutan iclasında elan olunub.

"Ən çox səs toplayan, namizədliyi "Fəaliyyət və Həmrəylik" partiyası tərəfindən irəli sürülən Maya Sandudur – 943 006 səs”, - deyə MSK sədri Dorin Çimil bildirib.

Üç gün ərzində MSK seçkilərin nəticələri ilə bağlı sənədləri Konstitusiya Məhkəməsinə təsdiq üçün təqdim etməlidir. Bununla da Konstitusiya Məhkəməsi yekun nəticələrin qanuniliyini və yeni prezidentin səlahiyyətlərini təsdiq etməlidir.

Hazırkı dövlət başçısı İqor Dodonun səlahiyyət müddəti dekabrın 23-də başa çatır. Daha öncə M. Sandunun andiçmə mərasiminin 24-25 dekabr tarixində keçiriləcəyini bildirilib.

Moldovada seçkiləri 2 mindən çox yerli və xarici müşahidəçi izləyib. Rusiya Prezidenti Vladimir Putin və digər ölkələrin liderləri artıq Maya Sandunu qələbə münasibətilə təbrik ediblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA