mumtv.az
mumtv.az

Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar

Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar
20-11-2020, 15:00 41 dəfə baxılıb

Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
 

Bu gün Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən piket keçirilib.

Mumtv.az bildirir ki, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış pankartlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol" "Beynəlxalq hüquqa hörmət elə" kimi şüarlar səsləndiriliblər.

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə heyətinin üzvü Nərgiz Xələf vətəndaş cəmiyyəti adından Fransaya səfirliyinə müraciət üçün gəldiklərini bildirib: "Fransa senatında qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı məsələyə müzakirəyə çıxarılacaq. Bu, müzakirəyə çıxarılmayacaq bir məsələdir. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır. Bu barədə BMT-nin müvafiq qətnamələri var. Bu məsələnin Fransa senatı tərəfindən müzakirəyə çıxarılmasına Azərbaycan vətəndaş cəmiyyəti olaraq etiraz edirik. 13 təşkilatın təklifi əsasında müraciət hazırlayaraq bu gün Fransa səfirliyinə təqdim etmək üçün burdayıq. Müraciətin səfirlik vasitəsilə senatlığa ötürülməsinə nail olmaq istəyirik".

O, müraciətdən sonra Fransa senatının bu müzakirədən imtina edəcəyinə ümidli olduğunu vurğulayıb. 

Piket Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Milli QHT Forumu, İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən təşkil edilib.

(APA)
Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar
Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar
Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA