mumtv.az
mumtv.az

“Zəng edib soruşacaqdıq?” – Lavrovdan ABŞ və Fransaya sərt Qarabağ xəbərdarlığı

“Zəng edib soruşacaqdıq?” – Lavrovdan ABŞ və Fransaya sərt Qarabağ xəbərdarlığı
20-11-2020, 14:02 57 dəfə baxılıb

“Zəng edib soruşacaqdıq?” – Lavrovdan ABŞ və Fransaya sərt Qarabağ xəbərdarlığı
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Rusiya Xarici işlər naziri Sergey Lavrov "Russia Today” televiziya kanalına müsahibədə ölkəsinin ABŞ və Fransanı Dağlıq Qarabağdakı həll prosesinə daxil etmədiyi iddialarına cavab verib.

Mumtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, Lavrov razılaşmada lazımi şərtlərin yaradılmasında ABŞ və Fransanın mühüm siyasi rol oynadığını deyib.

"Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də amerikalı və fransız həmkarlarımla Dağlıq Qarabağla əlaqələrimdə də incidikləri hiss olunur. Bu çox üzücüdür”, - Lavrov qeyd edib.

Lavrov Fransa Xarici işlər naziri Jan-İv Le Driananın insanların öldürülməməsini, evlərini tərk etməməsini və Dağlıq Qarabağdakı qaçqın-köçkünlərin sayını artırmamasını istədiklərini izah etməyə çalışdığını bildirib.

Lavrov hər dəqiqənin bir insan həyatına bərabər olduğunu, razılaşmanın şərtlərini dəstəkləyib-dəstəkləmədiyini öyrənmək üçün Vaşinqton və Parisə zəng etməyin uyğun olmadığını söyləyib.

Nazir Rusiyaya qarşı ittihamlar irəli sürməyin mənəvi cəhətdən düzgün və etik olmadığını vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
Tel: (+99477) 377-11-88
E-mail: [email protected]

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.