Dünya
Dünya
Koronavirusa yoluxan İlon Mask sərvəti ilə Mark Zukerberqi ÖTDÜ - REYTİNQ
"Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru, milyarder İlon Mask "Bloomberg"in "Dünyanın ən varlı 500 insanı" siyahısında "Facebook" yaradıcısı olan Mark Zukerberqi geridə qoyaraq üçüncü pilləyə ucalıb. Reytinqdə birinci yerdə Ceff Bezos, ikinci yerdə isə Bill Geytsdir.
Mumtv.az-ın "BBC"yə istinadən verdiyi xəbərə görə, ötən həftə Mask koronavirusa yoluxduğu barədə özünün "Twitter" səhifəsində yazaraq, xəstəliyi yüngül keçirtdiyini bildirib.
Bazar ertəsi günü "Tesla" səhmləri 15% artaraq sahibini 7,6 milyard dollar daha zəngin edib.
Nəticədə İlon Maskın sərvəti 120 milyard dollara çatıb.
Yeri gəlmişkən, Mask bu il həmçinin, ən yüksək gəlir artımı ilə də seçilib. Onun sərvəti ümumilikdə 92.4 milyard dollar artıb.