Dünya
Dünya / Səhiyyə
İranda koronavirusdan ölənlərin sayı 40 mini keçib
İranda ötən sutka ərzində 457 nəfər koronavirusdan (COVID-19) ölüb.
Mumtv.az bildirir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 40 121 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 11 517 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 726 585 nəfərə çatıb. Virus daşıyıcılarından 5 614 nəfərin vəziyyəti ağırdır.
Ölkədə indiyədək 541 566 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,38 milyondan çox diaqnoz testi həyata keçirilib.
(Yenisabah.az)