Dünya
Dünya
İran parlamentinin spikeri koronavirusa yoluxub
İran parlametinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Mumtv.az bildirir ki, bu barədə parlamentin sədri "İSNA" agentliyinə bildirib.
B.Qalibaf deyib: "Mənim apparatımın əməkdaşlarından biri koronavirusa yoluxub. Gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi müsbətdir".
Bildirilir ki, B.Qalibaf hazırda karantindədir, lakin vəzifəsini icra etməyə davam edəcəyinə ümid edir.