Dünya
Dünya
Türk liderə toxunulmazlıq verildi
Qırğızıstan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Sadır Japarov sələfi Sooronbay Jenbekova eks-prezident statusu verib.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunun sayəsində Jeenbekov bir sıra imtiyazlar əldə etmiş olub. İmtiyazlar sırasında ömürlük dövlət mühafizə, prezident iqamətgahlarından birində yaşamaq haqqı, xidməti avtomobildən istifadə haqqı, pulsuz tibbi xidmətdən keçmək haqqı yer alıb.
Bu həmçinin eks-prezidentin toxunulmazlıq haqqından yararlanmağına şərait yaradıb.