Almaniyada koronavirus statistikalarını rəsmi olaraq açıqlayan Robert Koç İnstitutu ölkədə son 24 saatda 7 min 334 yoluxma qeydə alındığını açıqlayıb.
Mumtv.az bildirir ki, bu Almaniyada koronavirus çıxdığı gündən ən yüksək rəqəmdir. Eyni zamanda son sutkada 24 nəfərin öldüyü bildirilib. Ümumilikdə ölkədə virusa yoluxanların sayı 348 mini ötüb.
Ölkədə koronavirusdan ölənlərin sayı isə 9 mindən çoxdur.
Mənbə: bbc.com