Dünya

İsraildəki Azərbaycan diasporu aksiya keçirib
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərarizindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına cəlb edərək, bütün insani dəyərlərə zidd olan bu vəhşi, amansız terror aktlarını sərt şəkildə qınayıblar.

Ermənistanın və erməni separatçılarının hərbi təxribatlarla Cenevrə Konvensiyasının tələblərini, fundamental insan hüquqlarını, azərbaycanlıların yaşamaq haqqını kobudcasına pozduğu, faşist mahiyyətli siyasət yürütdüyü nəzərə çatdırılıb. Aksiya iştirakçıları dünya birliyinə və beynəlxalq ictimaiyyətə ermənilərin barbar və vandalizm aktlarına laqeyd və səssiz qalmamağa çağırış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza müraciətindən, müxtəlif ölkələrin aparıcı və nüfuzlu telekanallarına verdiyi müsahibələrindən sitatlar səsləndirilib. Haqlı və ədalətli mövqeyə malik Azərbaycanı dəstəkləyən Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər ölkələrə minnətdarlıq ifadə edilib.

Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Azərbaycan ədalət istəyir!", "Azərbaycan sülh istəyir”, "Biz terrora yox deyirik!", "Qarabağ haqqımızdır!", "Biz səninləyik, Azərbaycan!" və sair şüarlar səsləndirilib.

Aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.

(Yenisabah.az)
İsraildəki Azərbaycan diasporu aksiya keçirib
İsraildəki Azərbaycan diasporu aksiya keçirib

Son xəbərlər

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bütün xəbərlər