Dünya
Dünya
Qırğızıstanın yeni lideri xarici siyasət kursunu elan etdi
Qırğızıstan hazırkı xarici siyasətini dəyişməyəcək.
Mumtv.az Axar.az-a istinadən bildirir ki, bunu Qırğızıstan prezidentinin səlahiyyətlərini icra edən edən Baş nazir Sadır Japarov deyib.
"Allaha şükür ki, hakimiyyət dinc yolla dəyişib. Mən bütün səylərimi xarici siyasəti saxlamağa yönəldirəm”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefaya gedib. Jeenbekovdan sonra prezident səlahiyyətləri spikerə keçməli olduğu halda ikinci bundan imtina edib.