Dünya

Şeytana atılan daşları pulla satırlar? – Ərəbistandan qayıdan zəvvar AYDINLIQ GƏTİRDİ
 
 
 
 
 
 
 
 
Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedən zəvvarlar artıq Bakıya qayıdıblar.

Ziyarətin təfərrüatları haqqında Modern.az-a danışan Heydər məscidinin imamı hacı Rüfət Qarayev Həccin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Həcc ziyarəti haqqında sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olan bəzi məqamlara da toxunub:

"Düşünürəm ki, hətta əvvəlki illərə nisbətdə daha təhlükəsiz və rahat ziyarət baş tutdu. Zəvvarların otel şəraitləri, qidalanması, ziyarətlər üçün marşrutların təşkil olunması və s. yaxşı qurulmuşdu. Həccə gedənlər arasında yaşlı insanlar üstünlük təşkil etdiyindən təhülksəizlik tədbirlərinə daha çox diqqət ayrıldı. Əvvəlki illərə nisbətən qrip, digər infeksion xəstəliklərə çox az təsadüf edildi. Mütəmadi olaraq, zəvvarların çay, su, kofe verilməsi yaxşı qarşılandı”.

R.Qarayev bildirib ki, şeytan daşlama zamanı atılan daşlar pulla satılmır:

"Ziyarətdə tənzimləyici, cavabdeh şəxslər var. Onlar kütləyə müraciətdə yüksək səs tonu ilə danışmalı olurlar. Məsələn, nəzarətçilər "yol verin!”, "çəkilin!”, uyğun olmayan yerdə namaz qılanlara "olmaz!” deyə səsini yüksəldəndə zəvvarlar narazılıq edirlər ki, bizə qışqırdılar, aşağıladılar, sərt rəftar etdilər. Amma bu həqiqəti əks etdirmir. Orada görəvli olan ərəblər sadəcə öz işlərini yerinə yetirirlər.

Şeytana daş atmaq üçün də pul tələb olunmur. Şeytana atılan daş əsla pulla satılmaz. Daşları toplamaq üçün xüsusi yer var. Zəvvarlar özüləri üçün daş yığırlar. Əslində 49 daş atıılmalıdır, biz zəvvarlara 70-ə qədər daş yığdırırırıq ki, düşüb, itənlər olanda əlavə istifadə edilsin”.

Əksər zəvvarların bütün ayinlərin icrasında iştirak etdiyini vurğulayan imamın sözlərinə görə, bəzi yaşlı insanlar ziyarətdə çətinlik çəkirlər:

"Çətinlik çəkən zəvvarlar könüllü şəkildə bəzi dini ayinlərin icrasına qatılmaya bilirlər”.

R.Qarayev ilk dəfə ziyarətə gedəcək zəvvarlar üçün tövsiyələrini də əlavə edib:

"Zəvvarlar əvvəlcədən araşdırıb, maraqlanıb məlumatlansınlar. Düzdür, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kurslar təşkil edilir. Amma çoxları oradakı məlumatlandırmalara başdansovdu yanaşır. Həcc ziyarətinə gedəcək insan ən azı 2-3 il özünü hazırlamalıdır ki, səfəri rahat, təhlükəsiz başa vursun. Zəvvarlar anlamalıdırlar ki, bir əməli pozursansa, Həccin batil ola bilər. Çoxluq buna diqqət etmir”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər