Dünya
Dünya
Qırğızıstanda parlament seçkilərinin nəticələri ləğv edildi
Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrini etibarsız hesab edib.
Mumtv.az bildirir ki, bu barədə Komissiya üzvü Gulnara Curabayeva bildirib.
Onun sözlərinə görə, MSK-nın iclasında 12 səslə seçkilərin nəticələrinin ləğv olunması qəbul edilib.
Yaxın zamanlarda növbəti seçki tarixinin açıqlanması gözlənilir.
Qeyd edək ki, Qırğızıstanda 4 oktyabrda parlament seçkiləri keçirilib. Seçkinin nəticələri ilə razılaşmayan 12 siyasi partiya etiraz aksiyaları təşkil edib və Prezident Administrasiyası ilə parlament binasını ələ keçirib.
(Sonxeber.az)