Dünya
Dünya
Qırğızıstanda çevriliş: Prezident istefa verəcək - Politoloq
Qırğızıstan Prezidenti Soronbay Jeenbekov güc strukturlarının dəstəyini itirib.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu qazaxıstanlı politoloq Marat Şibutov deyib. O, Jeenbekovun yeni parlament seçkisi təyin etməli olacağını və hətta istefaya gedəcəyini bildirib:
"Milli Təhlükəsizlik Komitəsinin binasının tutulmasından sonra aydın oldu ki, güc strukturları müqaviməti dayandırıblar. Dövlət güc aparatıdır. Kimdə güc varsa, dövlət də odur. Jeenbekovda hansısa imkan qalmayıb ki, etirazçıları neytrallaşdırsın".