mumtv.az
mumtv.az

Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb
5-10-2020, 14:30 41 dəfə baxılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

Bu gün 2020-ci il Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb. 

Mumtv.az bildirir ki, mükafat Harvi Alter, Maykl Houton və Çarlz Raysa verilib.

Onlar Hepatit C xəstəliyinin müalicəsi ilə bağlı apardıqları araşdırmalara görə mükafata sahib olublar. 

 

"Tarixdə ilk dəfə Hepatit C virusunu sağaltmaq mümkün olub. Mükafat sahiblərinin kəşfləri xroniki hepatitin səbəbini üzə çıxarmağa iman verib  və qan analizlərinin aparılmasını, milyonlarla insanın həyatını xilas edən yeni dərmanların tətbiqini mümkün edib”, - deyə Nobel Komitəsinin nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün Stokholmda fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adlarının açıqlanması ilə ənənəvi Nobel həftəsi start götürüb. Çərşənbə axşamı fizika, çərşənbə günü isə kimya sahəsində Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. Cümə axşamı ədəbiyyat, cümə günü Sülh, oktyabrın 12-də isə iqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunacaq.

(Apa.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA