Dünya
Dünya
Bu şəhərdə bir gündə iki zəlzələ oldu
Türkiyədə Niğde bölgəsində ard-arda zəlzələ baş verib.
Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.
Açıqlamaya görə, ilkin zəlzələ dünən gecə saatlarında 5.1 bal gücündə qeydə alınıb. İkincisi isə bu gün səhər saatlarında baş verib. O, Rixter şkalası ilə 4.1 bal gücündədir və yer səthindən 7.03 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində güclü dağıntı və tələfat olmasa da, bəzi evlər müəyyən qədər çat yaranıb.