Dünya
Dünya
Venesuela ABŞ təyyarəsini vurdu
Venesuela hərbçiləri ölkə sərhədini qanunsuz keçən ABŞ təyyarəsini vurub.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın Daxili İşlər naziri Nestor Reverol məlumat yayıb.
Onun sözlərinə görə, vurulan təyyarə göyərtədə narkotik daşıyıb.
Qeyd edək ki, 2013-cü ildə Venesuela Prezidenti Nikolas Maduro ölkənin hava sərhədlərini pozan narkotik mafiyalarının bütün təyyarələrini vurmağa icazə verib. Sözügedən qərarın təşəbbüskarı isə Maduronun sələfi Uqo Çavez olub.