mumtv.az
mumtv.az

Qeyts insanlara mikroçiplər yerləşdirir? - Açıqlama

Qeyts insanlara mikroçiplər yerləşdirir? - Açıqlama
15-09-2020, 14:59 34 dəfə baxılıb

Bütün dünyada COVİD-19-a qarşı peyvənd istehsalı işlərinə dəstək verilsə də, bu, kifayət etmir.

Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Maykrasoft” şirkətinin təsisçisi Bill Qeyts "BBS Vörld” kanalına açıqlamasında deyib.

"Peyvənd hazır olduqdan sonra ehtiyacı olan hər kəsə çatdırılması vacibdir. Ancaq bununla bağlı müəyyən əngəllər var. Ona görə də ABŞ başda olmaqla, varlı ölkələr bu sahəyə daha çox dəstək göstərməlidir”, - B.Qeyts bildirib.

Bir vaxtlar ABŞ Prezidenti Donald Trampın müşaviri olan Rocer Stounun iddialarına münasibət bildirən Qeyts bunun yalan olduğunu deyib:

"Bu iddialar necə və nə vaxt ortaya çıxdı, həqiqətən bilmirəm. Həyat yoldaşımla birgə yaratdığımız vəqfdə aparılan peyvənd işlərinin insanlara mikroçiplər yerləşdirmək kimi bir funksiyası yoxdur”.

Qeyd edək ki, R.Stoun Qeytsin pandemiyadan insanlara mikroçiplər taxmaq üçün istifadə etdiyini iddia edib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA