Dünya

Moskvada keçirilən "Ordu 2020” forumu çərçivəsində Ermənistan Müdafiə naziri David Tonoyan Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev və "Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyevlə görüşüb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Tərəflər arasında hərbi texniki əməkdaşlıq və gələcək fəaliyyətlər müzakirə edilib.

Nazirlik, həmçinin görüş zamanı tərəflərin yeni razılaşmaların reallaşması yolları və müddəti barədə razılıq əldə etdiyini bildirib.

Tonoyanın "Ordu 2020” forumu zamanı Rusiyanın "Taktiki Raket Silahları” korporasiyasının pavilyonunu da gəzdiyi və yeni istehsal edilən uzaqməsafəli raketlərlə tanış olduğu vurğulanıb.

Qeyd edək ki, "Rosoboroneksport” "Rostex” korporasiyasının tərkibinə daxildir. Məhz bu şirkət Rusiya silahlarının ixracını həyata keçirir.

Rusiya son iki ay ərzində Ermənistanın aktiv silahlandırılmasını həyata keçirib. Belə ki, Tovuz təxribatından öncə Ermənistana Su-30CM təyyarələrinin verilməsiylə bərabər, Serbiya və İordaniyadan (İordaniyadan idxal edilən silahın istehsalının 50%-i "Rostex”ə aiddir) müxtəlif növ silah tədarükü həyata keçirib. Üstəlik, Tovuz təxribatı və ondan sonrakı dönəmdə Rusiyadan İrəvana 12 aviareys təşkil edilib ki, bunlar vasitəsilə də Ermənistana 500 tondan çox hərbi yük daşınıb.

Rusiya, həmçinin Ermənistandakı Su-25 təyyarələrinin modernizasiyasını həyata keçirmək öhdəliyi götürüb.



Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər