Dünya
Dünya
Rusiya polisi Navalnıda zəhərlənmə tapmadı
Aleksey Navalnının orqanizmində zəhər aşkarlanmayıb.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yayıb.
"İlkin versiya dəyişilməyib. Söhbət psixodisleptik (psixodisleptiklər - insanların psixikasında görüntü və eşitmə hallüsinasiyalarının, eləcə də digər növ pozuntulara gətirib çıxaran təbii və sintetik maddələrdir) zəhərlənmədən gedir. Daha dəqiq məlumatı həkimlərin diaqnoz təyinindən sonra vermək mümkün olacaq”, - deyə o bildirib.
Hələlik bununla bağlı cinayət işinin açılmadığı qeyd edilib. Mənbə buna səbəb kimi Navalnının bilərəkdən zəhərlənməsi ilə bağlı məlumatın olmamasını göstərib.