Dünya
Dünya
Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb
Ermənistanda hərbi qulluqçular yol qəzasına düşüb.
Mumtv.az-ın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, yol qəzası bu gün səhər Ermənistanın şimalında, Gümrü-Spitak yolunda qeydə alınıb.
Qəza nəticəsində, bir hərbi qulluqçu ölüb, üç hərbi qulluqçu isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hərbi qulluqçuların müqavilə əsasında xidmət etdiyi bildirilir.