mumtv.az
mumtv.az

Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini keçib
1-08-2020, 12:23 58 dəfə baxılıb

Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini keçib

Rusiyada son sutka ərzində daha 5462 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Mumtv.az APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata əsasən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 845 443 nəfərə çatıb.

Son sutka ərzində 95 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 058 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 646 524 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA