Dünya

Erməni tərəfinin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar müxtəlif rakurslardan təhlil edilməkdədir.

Mumtv.az Trend-ə istinadla xəbər verir ki, son illərdə Ermənistanın ölkəmizin sərhəd toxunulmazlığına qarşı hərbi fəaliyyətində aktivləşmə müşahidə olunur. Unutmaq lazım deyil ki, ölkənin Şimal-Qərb bölgəsi və əsasən də Tovuz rayonu Azərbaycanın strateji əhəmiyyətli nəqliyyat və enerji layihələrinin keçdiyi marşrut üzərində yerləşir. Daha dəqiq desək, Bakı-Tiflis-Ceyhan neft ixrac boru kəməri məhz Ermənistanın təxribat törətdiyi bölgədən keçməkdədir. Bu kontekstdə Ermənistanın son davranışları enerji layihələrinin gələcəyini təhlükə altına salır.

Eyni zamanda toqquşmalar Azərbaycanın enerji məhsullarının əsas alıcıları olan ölkələrin də enerji təhlükəsizliyinə təhdid yaradır. Nümunə olaraq, Azərbaycanın siyasi, iqtisadi və hərbi nöqteyi-nəzərdən strateji tərəfdaşı olan İsrail dövlətini göstərə bilərik. Dövlət Gömrük Komitəsinin statistik məlumatına əsasən, 2019-cu ildə həcminə görə Azərbaycandan ən çox neft idxal edən ikinci ölkə İsrail olub . Azərbaycan neftinin əsasən Bakı-Tiflis-Ceyhan neft ixrac boru kəməri vasitəsi ilə İsrailə tədarükü həyata keçirilir. Nəticədə, Ermənistanın məsuliyyətsiz və provokativ davranışları İsrail-Azərbaycan əlaqələrinə, eləcə də İsrailin enerji təhlükəsizliyinə təhlükə yaratmış olur. Son dövrlərdə Ermənistan siyasi rəhbərliyi İsrail dövləti ilə əlaqələri genişləndirmək niyyətində olduğunu açıq şəkildə bildirir və bu il Təl-Əviv şəhərində Ermənistanın səfirliyinin açılması planlaşdırılır. Lakin dost və tərəfdaş İsrail dövləti anlamalıdır ki, Ermənistan hərbi avantüralarını gerçəkləşdirmək məqsədi ilə, diplomatik münasibətlər qurmağa çalışdığı İsrailin enerji siyasətini təhlükə altına qoya bilər. Beləliklə, Ermənistanın sərhəd bölgələrdə yaradacağı istənilən hərbi toqquşma, dost İsrail dövlətinin enerji tədarükünə təhdid təşkil edir və İsrailin qeyd olunan istiqamətdə Ermənistanın həmlələrinə daha diqqətli olması gərəkməkdədir.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər