Dünya
Dünya
Belçikada uzun müddətdən sonra ilk yaşandı
Bu gün Belçikada martın 10-dan etibarən ilk dəfədir ki, koronavirusdan ölüm halı qeydə alınmayıb.
Mumtv.az bildirir ki, bu barədə Belçikanın Sciensano Xalq Sağlamlığı Milli İnstitutu açıqlama yayıb. Bildirilir ki, ötən gün ərzində 95 yeni yoluxma faktının qeydə alınması ilə yoluxanların sayı 62 781-ə çatıb. Bu günə qədər xəstəlik səbəbindən həyatını itirmiş insanların sayı isə 9 787 nəfər təşkil edir.
Qeyd edək ki, 11,5 milyon əhalisi olan Belçika San Marinodan sonra koronavirusdan ölüm nisbətinin ən çox olduğu ölkədir.
(Qafqazinfo.az)