Dünya
Koronavirusa yoluxanların sayı 11 milyonu keçdi
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 11 milyon 5961 nəfərə çatıb.
Mumtv.az Virtualaz.org-a istinadən bildirir ki, məlumatı pandemiyanın hesabatını aparan "Worldometers" saytı yayıb.
Bildirilir ki, hazırda pandemiya qurbanlarının sayı 524 min 481 nəfərdir.
İndiyədək 6 milyon 166 min 419 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
***10:48
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 10 milyon 992 min 462 nəfərə çatıb.
Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın hesabatını aparan "Worldometers" saytı yayıb.
Bildirilir ki, hazırda pandemiya qurbanlarının sayı 524 min 188 nəfərdir.
İndiyədək 6 milyon 152 min 472 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Johns Hopkins Universitetinin məlumatına görə, infeksiya qurbanlarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 128 743 nəfər. Ən yüksək ölüm nisbəti isə pandemiyadan ən çox zərər çəkən Avropa ölkələrində qeydə alınıb: bu göstərici 10 faizi keçib.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu bütövlükdə 213 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.