Dünya
Dünya
Çin parlamenti Honkonqla bağlı qanunu qəbul etdi
Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi (ən yüksək qanunverici orqan) Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun layihəsi qəbul edib.
Mumtv.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "The South China Morning Post” məlumat yayıb.
Sənəd iyulun 1-də - keçmiş Britaniya anklavının Çinin suverenliyinə keçməsinin 23-cü ildönümündə qüvvəyə minəcək. Komitənin 162 üzvünün hər biri qanun layihəsinin lehinə səs verib.
Yeni qanun Honkonqda milli təhlükəsizlik üçün təhlükə yaradan addımların qarşısını almaq və cəzalandırma tədbirləri görmək məqsədi daşıyır. İlkin məlumata görə, ən ciddi cəza tədbiri kimi ömürlük həbs nəzərdə tutulub.